About Us

About Us

2019-dan Bugünə: Slash-ın Hekayəsi

BİZİM HEKAYƏMİZ
Slash qadın stilinə fərqli baxışdan doğan bir ideya ilə başladı.
2019-cu ildən etibarən Slash olaraq Amerika və İngiltərə bazarı üçün qadın geyimləri hazırlayırıq. Bu yol bizə fərqli bədən formalarını, fərqli stil seçimlərini və qadınların geyimdən gözləntilərini daha yaxından anlamaq imkanı verdi. Zamanla gördük ki, qadınlar sadəcə gözəl görünən geyim deyil, onlara uyğun düşünülmüş, rahat və öz stilini tamamlayan parçalar axtarır. Bu anlayış Slash-ın əsas istiqamətinə çevrildi: öz dizaynlarımızı sifariş əsasında, fərdi ölçü və peşəkar dərzi işi ilə hazırlamaq. Bugün Slash hər qadına özünü daha zərif, rahat və xüsusi hiss etdirən geyimlər təqdim etmək üçün yaradılan bir brenddir.
FƏRDİ YANAŞMA

Sənin Ölçünə, Sənin Stilinə Uyğun Hazırlanır

Slash-da hər sifariş fərdi yanaşma ilə hazırlanır. Dizayn etdiyimiz modellər müştərinin ölçüsü, bədən forması və şəxsi stili nəzərə alınaraq peşəkar tikiş prosesi ilə tamamlanır. Məqsədimiz sadəcə geyim təqdim etmək deyil, hər qadının özünü rahat, zərif və xüsusi hiss edəcəyi bir stil yaratmaqdır.

Shopping Cart
Scroll to Top